Dmitri Medvedev: Müharibə tezliklə Rusiyanın qələbəsi ilə başa çatacaq

Dmitri Medvedev: Müharibə tezliklə Rusiyanın qələbəsi ilə başa çatacaq Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynadakı müharibənin tezliklə qələbə ilə bitəcəyinə əminliyini ifadə edib.
Region
19 Fevral , 2024 17:25
Dmitri Medvedev: Müharibə tezliklə Rusiyanın qələbəsi ilə başa çatacaq

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynadakı müharibənin tezliklə qələbə ilə bitəcəyinə əminliyini ifadə edib.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, o, bu barədə əməliyyatlarda iştirak edən çeçen komandirlərlə görüşündə deyib.

O söyləyib ki, qələbə tezliklə təmin olunacaq: "Rusiyanın hərbi qüdrəti dünyanın heç bir ölkəsindən geri qalmır”.

D.Medvedevin sözlərinə görə, bu gün Rusiyanın taleyi həll olunur.

Qeyd edək ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Moskva bu müharibəni xüsusi əməliyyat adlandırır.

Son xəbərlər

Orphus sistemi