Dolu Gürcüstanın azərbaycanlılar yaşayan kəndinə ciddi ziyan vurub, sakinlər aksiya keçirib

Dolu Gürcüstanın azərbaycanlılar yaşayan kəndinə ciddi ziyan vurub, sakinlər aksiya keçirib Gürcüstanın Kaxeti bölgəsinin azərbaycanlılar yaşayan Qabal kəndində aksiya keçirilib
Region
30 Aprel , 2021 14:05
Dolu Gürcüstanın azərbaycanlılar yaşayan kəndinə ciddi ziyan vurub, sakinlər aksiya keçirib

Gürcüstanın Kaxeti bölgəsinin azərbaycanlılar yaşayan Qabal kəndində aksiya keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, sakinlər ötən gün axşam saatlarında yağan dolunun onları gəlirsiz qoyduğunu bildiriblər.

Məhsullar sığortalanmadığından aksiyaçılar hökumətdən kömək xahiş ediblər.

Sakinlərin sözlərinə görə, Qabalda yaşayan ailələrin yarıdan çoxu bankdan kredit götürüb və indi borclarını necə ödəyəcəklərini bilmirlər. Xahişləri nəzərə alınmayacağı təqdirdə onlar aksiyanı davam etdirmək niyyətindədirlər.

Kaxeti bölgəsi və Laqodexi bələdiyyəsinin rəhbər şəxsləri kəndə baş çəkiblər. Onlar bildiriblər ki, Qabala təbii fəlakət nəticəsində dəyən zərərin məbləği hesablanacaq və zərər çəkənlərə maliyyə yardımı göstəriləcək.

Qeyd edək ki, ötən gün axşam Kaxeti bölgəsinə güclü dolu düşüb. Nəticədə Qabal kəndi ilə yanaşı, Baisubani, Çabukiani və Apeni kəndlərinə ciddi ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi