Türkiyənin təşkilatçılığı ilə İstanbulda keçirilməsi planlaşdırılan "Əfqanıstanda sülh prosesi" konfransının tarixi məlum olub.
"Report"un Türkiyə bürosu xəbər verir ki, ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad, Əfqanıstan rəhbərliyi və "Taliban"ın iştirak edəcəyi toplantı 24 aprel - 4 may tarixlərində gerçəkləşəcək.
Tədbirin on günlük "marafon" şəklində keçirilməsi nəzərdə tutulub.
Natiq Çıraqzadə