Türkiyənin İzmir şəhəri sahillərində 166 miqrantın həyatı xilas edilib.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, Egey dənizində Yunanıstan tərəfindən Türkiyə sahillərinə doğru hərəkətə məcbur edilmiş rezin qayıqlardakı 166 miqrant sahilə çıxarılıb.
Bildirilib ki, İzmirin Seferhisar, Dikili və Çeşme bölgələrinin sahil-mühafizə xidməti tərəfindən xilas edilmiş miqrantlara ilkin zəruri yardım göstərilib.
Miqrantlar daha sonra hüquqi prosedurların həyata keçirilməsi üçün miqrasiya idarəsinə aparılıb.