Türkiyədə 5 bal gücündə zəlzələ olub

Türkiyədə 5 bal gücündə zəlzələ olub Məlumata görə eyni bölgədə 4,8; 4,2; 3,8 və ikisi 3,7 bal gücündə olmaqla daha 5 ayrı yeraltı təkanlar da baş verib.
Region
12 Oktyabr , 2020 10:12
Türkiyədə 5 bal gücündə zəlzələ olub

Türkiyədə Egey dənizi sahillərində 5 bal gücündə zəlzələ baş verib.

“Report” “Sabah”a istinadən xəbər verir ki, məlumatı Türkiyənin Fəlakət və Təcili Yardım Nazirliyi yayıb.

Bildirilib ki, zəlzələ Türkiyənin Muğla bölgəsi və ətraf rayonlarda da hiss edilib.

Yeraltı təkanların ocağı 6 km dərinlikdə yerləşib. Məlumata görə eyni bölgədə 4,8; 4,2; 3,8 və ikisi 3,7 bal gücündə olmaqla daha 5 ayrı yeraltı təkan da baş verib.

Son xəbərlər

Orphus sistemi