“Zaporojye AES radiasiya və yanğın təhlükəsizliyi normalarının pozuntusu riski ilə işləyir”.
“Report” xəbər verir ki, bu barədə Ukraynanın “Enerqoatom” Milli Nüvə Enerjisi İstehsalı Şirkəti məlumat yayıb.
Bildirilib ki, hazırda yalnız 6-cı enerji bloku işlək vəziyyətdədir. Bu blok Ukraynanın enerji sistemini elektrik enerjisi ilə təmin edir və Zaporojye AES-in tələbatını ödəyir.
Xatırladaq ki, AEBA missiyasının əsas hissəsi bu gün Zaporojye AES-i tərk edib.