"Qərb bunu anlaya bilərmi? İstəyir anlasın, istəyir anlamasın. ABŞ PKK-nın Türkiyənin 13 vətəndaşını qətlə yetirməsi ilə bağlı bir açıqlama verib. Gözümüz aydın. Bəs siz terrorçuların yanında deyildiniz? Bəs siz PKK-nın yanında deyildiniz? Bəs siz YPG-nin yanında deyildiniz? Bəs siz PYD-nin yanında deyildiniz?! Bal kimi yanındasınız, arxasındasınız. Təəssüflər olsun ki, hər zaman bunu müşahidə etmişik".
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"İraqın şimalına minlərlə TIR tank, ağır hərbi texnika və silah-surst gətirdilər və onu terrorçulara verdilər. Bizim təhlükəsizlik qüvvələrimiz həmin terrorçularla mübarizə aparırlar. Artıq məsələdən qaçmaq, ora-bura yozmaq üçün yer yoxdur. Əgər biz sizinlə NATO-da bir yerdəyiksə, dünyada və NATO-da bu əməkdaşlığımızı davam etdirəcəyiksə, bizə münasibətdə səmimi olmalısınız. Terrorçuların yanında dayanmamalısınız. Əgər hansısa tərəfin yanında dayanmaqdan söhbət gedirsə, bizim yanımızda dayanmalısınız", - o vurğulayıb.