Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniya kansleri Olaf Şolts ilə telefon danışığı olub.
Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.
Türkiyə Prezident Administrasiyasından verilən məlumata görə, görüşdə Türkiyə-Almaniya əlaqələrinin yaxşılaşdırılması istiqamətində atılan addımlar və regional məsələlər müzakirə edilib.
Ərdoğan Almaniya kansleri Şoltsu andiçmə mərasimi münasibətilə təbrik edib.
Yeni dövrdə iki ölkə arasında sağlam düşüncə və strateji baxışın hökmranlıq edəcəyinə inandığını ifadə edən Türkiyə lideri yaxın koordinasiya və müntəzəm təmasların faydalı olacağını vurğulayıb.
Ərdoğan Türkiyə-Avropa İttifaqı münasibətlərinin üzvlük perspektivinə əsaslanan müsbət gündəm çərçivəsində yaxşılaşdırılmasının vacibliyini bildirib.
Almaniya hökumətinin sözçüsü Steffen Hebestreyt də Şolts və Ərdoğan arasında keçirilən görüşlə bağlı verdiyi yazılı açıqlamada "Prezident Ərdoğan kansleri andiçmə mərasimi münasibətilə təbrik etdi", - deyib.