“Əfqanıstanda işləri davam etdiririk”.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Əfqanıstanda bütün imkanlarımızla istər infrastruktur, istər digər məsələlərdə əlimizdən gələni etmişik. Çalışmalarımızı hazırda da davam etdiririk”, - o deyib.
Türkiyə Prezidenti Qərb və İslam dünyasının Əfqanıstana lazımi diqqəti göstərmədiyini əlavə edib.