Ərdoğan: "Ey Qərb! Haradasınız? Niyə səsiniz çıxmır?"

Ərdoğan: "Ey Qərb! Haradasınız? Niyə səsiniz çıxmır?" “Ey Qərb! Haradasınız? Niyə səsiniz çıxmır?"
Region
16 Fevral , 2021 16:09
Ərdoğan: Ey Qərb! Haradasınız? Niyə səsiniz çıxmır?
Rəcəb Tayyib Ərdoğan

“Ey Qərb! Haradasınız? Niyə səsiniz çıxmır? Niyə susdunuz? Sizdə belə bir şey olduğunda fəryadlarınız bitmirdi. 15 iyul hadisəsi oldu, səsiniz çıxmadı. İndi bu hadisə oldu, yenə səsiniz çıxmır. Səsiniz çıxsa da, çıxmasa da, biz vəzifəmizi bilirik. Bu terrorçulara bu ölkədə fürsət verməyəcəyik”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Durmaq yoxdur, yola davam. Bunu belə bilin! Yaşadığımız acılar millət olaraq bizi bir-birimizə daha da yaxınlaşdırır. Qara hadisəsi millətimizi və dövlətimizi qorumaq üçün sərhədlərimizin qarşı tərəfində təhlükəsizlik bölgəsi yaratmaq qərarımızı daha da gücləndirdi. Qara önəmli və problemli bölgə idi. Qara terrorçularda təmizlənməsi işin bitməsi deməkdir. Bir daha bənzər hücumlara məruz qalmamaq üçün təhlükəsiz hala gətirdiyimiz yerlərdə nə qədər lazımdırsa, o qədər qalacağıq”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi