Ərdoğan: "Hədəfimiz Ukraynada axan qanı dayandırmaqdır"

Ərdoğan: "Hədəfimiz Ukraynada axan qanı dayandırmaqdır" “Dünyada bir çox sahədə ciddi imtahanlar gedir”.
Region
13 Oktyabr , 2022 10:10
Ərdoğan: Hədəfimiz Ukraynada axan qanı dayandırmaqdır

"Hədəfimiz Ukraynada axan qanı dayandırmaqdır".

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxışı zamanı deyib.

Ukrayna böhranının regional və qlobal təsirlərindən danışan Türkiyə Prezidenti bildirib ki, artıq bu təsirləri hər kəs hiss edir: "Ədalətli sülh diplomatiya ilə əldə oluna bilər. Ukraynada sülhün əldə olunması istiqamətində səylərimizi hər kəs qiymətləndirir. Taxıl sazişi, əsir mübadiləsi səylərimizin nəticəsidir".

Ərdoğan çıxışında beynəlxalq təhlükəsizlik sisteminə diqqət yetirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, Türkiyə dost ölkələrin fikirlərinə önəm verir. Türkiyə lideri həmçinin Əfqanıstanda da sabitliyin təmin olunmasının vacibliyini qeyd edib və bu ölkəyə dəstəyin davam etdirməlisinin zəruriliyini bildirib.

Son xəbərlər

Orphus sistemi