Ərdoğan İranın yeni prezidenti ilə regional məsələləri müzakirə edib

Ərdoğan İranın yeni prezidenti ilə regional məsələləri müzakirə edib Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkiyanla telefonla danışıb.
Region
8 İyul , 2024 18:30
Ərdoğan İranın yeni prezidenti ilə regional məsələləri müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeşkiyanla telefonla danışıb.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Ərdoğan iranlı həmkarını seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib.

Onlar ikitərəfli və regional məsələləri müzakirə ediblər.

Türkiyə lideri ikitərəfli əlaqələrin bütün sahələrdə daha da inkişaf edəcəyinə ümidvar olduğunu söyləyib.

Son xəbərlər

Orphus sistemi