Ərdoğan Kanadaya yeni səfir təyin edib

Ərdoğan Kanadaya yeni səfir təyin edib Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Can Dizdar Kanadaya səfir təyin edib.
Region
3 İyul , 2024 05:02
Ərdoğan Kanadaya yeni səfir təyin edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Can Dizdarı Kanadaya səfir təyin edib.

“Report” xəbər verir ki, bu barədə ölkə lideri sərəncam imzalayıb.

“Türkiyə Respublikasının Kanadadakı səfirliyinə Can Dizdar təyin olunsun”, - sənəddə qeyd olunub.

Xatırladaq ki, 2023-cü ilin aprelinədək bu vəzifədə Kerim Uras olub.

Daha əvvəl Türkiyənin BMT yanında daimi nümayəndəsi Sedat Önal Türkiyənin ABŞ-dəki səfiri təyin olunmuşdu.

Son xəbərlər

Orphus sistemi