Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif İYİ Partiyanın sədri Maral Akşənəri məhkəməyə verib.
“Report” “TRTHaber”ə istinadən bildirir ki, R.T.Ərdoğan M.Akşənərdən 250 min TL ( 30 min ABŞ dolları) təzminat tələb edir.
Xatırladaq ki, M.Akşənər Türkiyə prezidentini İsrailin Baş naziri Binyamin Netanyahuya bənzətmişdi.