Meşə yanğınları koronavirus pandemiyası və terrorizmlə müqayisə edilə biləcək beynəlxalq təhlükəyə çevrilib.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Meşə yanğınları - bu COVID-19 pandemiyası ilə müqayisə edilə bilən beynəlxalq təhlükədir, onu hətta terrorçuluq təhlükəsi ilə müqayisə etmək olar", - Ərdoğan “A Haber” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, meşə yanğınları təhlükəsi ilə bütün dünya rastlaşır, meşələr ABŞ-da, Kanadada, Rusiyada, İspaniyada, İtaliyada, Afrika ölkələrində yanır, bu vəziyyətə iqlim şəraiti səbəb olub.