Ərdoğan Prezident seçkilərinin tarixi ilə bağlı qərar imzalayıb

Ərdoğan Prezident seçkilərinin tarixi ilə bağlı qərar imzalayıb Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident seçkilərinin tarixi ilə bağlı qərar imzalayıb.
Region
10 Mart , 2023 15:14
Ərdoğan Prezident seçkilərinin tarixi ilə bağlı qərar imzalayıb
Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident seçkilərinin tarixi ilə bağlı qərar imzalayıb.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Qərara əsasən, Türkiyədə Prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək.

Ərdoğan bildirib ki, sabahdan etibarən seçki mərhələsi başlayacaq: "Qərarın xalq və siyasi elita üçün uğurlu olacağına ümid edirəm. Seçkilərin mayın 14-də keçirilməsi ilə bağlı xeyli əvvəldən xalqa məlumat vermişdik. Seçkilərin iyunun 18-də keçirilməməsinin bir sıra obyektiv səbəbləri var. Bunlardan biri də iyunda Həcc ziyarətinin başlamasıdır. Ona görə də seçkilərin tarixini qabağa çəkdik”.

Son xəbərlər

Orphus sistemi