Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
“Report” “Haber Global”a istinadən xəbər verir ki, məlumatı Türkiyənin Prezident Administrasiyası yayıb.
Bildirilib ki, dövlət başçıları enerji daşıyıcıları başda olmaqla, Türkiyə-Rusiya münasibətlərinə dair məsələləri, Rusiya-Ukrayna müharibəsi, Suriya və regional məsələləri müzakirə ediblər.