Ərdoğan: “Türkiyə-İsrail münasibətləri Yaxın Şərqin təhlükəsizliyi üçün əhəmiyyətlidir”

Ərdoğan: “Türkiyə-İsrail münasibətləri Yaxın Şərqin təhlükəsizliyi üçün əhəmiyyətlidir” Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrailin yeni Prezidenti İshak Hersoq arasında telefon danışığı baş tutub.
Region
13 İyul , 2021 00:09
Ərdoğan: “Türkiyə-İsrail münasibətləri Yaxın Şərqin təhlükəsizliyi üçün əhəmiyyətlidir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrailin yeni Prezidenti İshak Hersoq arasında telefon danışığı baş tutub.

Bu barədə “Report” Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadən xəbər verir.

Türkiyə lideri bildirib ki, bütün fikir ayrılıqlarına baxmayaraq təmasların və dialoqun qorunması vacibdir:

“Beynəlxalq ictimaiyyət Fələstin-İsrail münaqişəsinin BMT qətnamələri çərçivəsində həll olunacağını gözləyir. Türkiyə-İsrail münasibətləri Yaxın Şərqin təhlükəsizliyi və sabitliyi üçün böyük əhəmiyyətə malikdir. Fələstin-İsrail münaqişəsinin həllində atılan müsbət addımlar, Türkiyə ilə İsrail arasındakı münasibətlərin inkişafına da təkan verəcək”.

Son xəbərlər

Orphus sistemi