Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçiləcəyi təqdirdə üçüncü dəfə prezidentliyə namizəd olmayacağını bildirib.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CNN telekanalına müsahibəsində deyib.
“Mövcud qanunlara görə, prezident yalnız iki dəfə seçilə bilər. Mənim birinci səlahiyyət müddətim başa çatıb, hazırda ikinci müddətə seçkilər gedir. İkinci müddətə yenidən seçilməklə bu proses uğurla başa çatacaq”, - deyə o, aparıcının 2033-cü ilə qədər ölkəyə rəhbərlik edib-etməyəcəyi ilə bağlı sualına cavab verərkən deyib.