Ermənistanın paytaxtı Yerevanda ötən gün keçirilən matəm yürüşü zamanı oğullarını müharibədə itirmiş analardan biri baş nazir Nikol Paşinyana iradlarını bildirib.
Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.
“Sən niyə mənim yeganə oğlumu aldın? Mənim yuvam dağılıb. Mən səndən xahiş edirəm, məni qəbul et. Nikol, mənim oğlum, səninki kimi, burada olmalı idi, amma o qəbirdədir", - qadın deyib.
Həlak olmuş hərbi qulluqçunun anası Paşinyana xəbərdarlıq edərək bildirib ki, əgər baş nazir onu qəbul etməsə, qadın intihar edəcək.
"O mənim yeganə övladım idi. Mənim hətta evim də yoxdur, mən hər şeyi itirdim: övladımı və evimi", - o deyib.
Paşinyan qadına heç bir cavab verməyib.