Ermənistanın paytaxtı Yerevanda sakinlər arasında atışma olub.
Bu barədə “Report” “Shamshyan.com”a istinadən xəbər verir.
Məlumata görə, hadisə zamanı paytaxtın Nork-Maraş rayonunun 61 yaşlı sakini Lavrent Aruşanyan xəsarət alıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanları hadisə yerinə baxış keçiriblər. İnsidentin başvermə şəraiti və səbəbi araşdırılır.