Ermənistanın Armavir əyalətində bir qrup şəxs arasında kütləvi dava olub.
Bu barədə “Report” Ermənistan mediasına istinadən xəbər verir.
Məlumata görə, qarşıdurma atışma ilə nəticələnib. Atışma nəticəsində 1 nəfər xəsarət alıb.
Faktla bağlı İstintaq Komitəsində Cinayət Məcəlləsinin xuliqanlıq, qanunsuz silah əldə etmə, saxlama və daşıma maddələri üzrə cinayət işi qaldırılıb.
Qeyd edilir ki, hadisənin başvermə şəraiti müəyyənləşdirilib, məhkəmə-tibb ekspertizası müəyyən olunub və bir neçə nəfər dindirilib.