Ermənistanda AES-də ölüm hadisəsi qeydə alınıb

Ermənistanda AES-də ölüm hadisəsi qeydə alınıb Ermənistanın Armavir vilayətində Mesamor Atom Elektrik Stansiyasında dəmir borunun 7 metr hündürlükdən düşməsi nəticəsində bir nəfər ölüb.
Region
8 İyun , 2022 16:30
Ermənistanda AES-də ölüm hadisəsi qeydə alınıb

Ermənistanın Armavir vilayətində Metsamor Atom Elektrik Stansiyasında (AES) dəmir borunun 7 metr hündürlükdən düşməsi nəticəsində bir nəfər ölüb.

“Report” xəbər verir ki, məlumatı “Shamshyan” yayıb.

Bildirilib ki, hadisə iyunun 8-də qeydə alınıb.

Belə ki, Armavir sakini, 59 yaşlı Varşam M. AES-də təmir işləri ilə məşğul olan zaman boru 7 metr hündürlükdən düşüb. Ağır yaralı vəziyyətdə hospitala çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Son xəbərlər

Orphus sistemi