Ermənistan ATƏT büdcəsinin qəbul edilməsinə mane olub

Ermənistan ATƏT büdcəsinin qəbul edilməsinə mane olub Ermənistan XİN-in bu cür destruktiv addımları müstəqil şəkildə atdığı və ya xarici idarə altında olması açıq sualdır
Region
30 Mart , 2021 17:00
Ermənistan ATƏT büdcəsinin qəbul edilməsinə mane olub

Ermənistan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT), eləcə də ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının büdcəsinin qəbul edilməsi prosesinə əngəl törədib.

“Report” Caliber.az”a istinadən xəbər verir ki, bu cür hərəkətlərlə rəsmi İrəvan bütün təşkilatın nüfuzuna və funksionallığına həssas zərbə vurur.

Ukraynadakı Xüsusi Monitorinq Missiyası ATƏT üçün çox vacib “uğur hekayəsidir”. Missiyanın büdcəsi 100 milyon avrodur və onun fəaliyyətinə 1 000-dən çox işçi cəlb olunub. Lakin missiyanın mandatının müddəti martın 31-də başa çatır və bu o tarixə qədər onun uzadılması barədə qərar qəbul edilməzsə, missiyanın fəaliyyəti avtomatik olaraq başa çatacaq.

Rəsmi İrəvanın ATƏT-dəki bu cür dağıdıcı davranışı yalnız Kiyevə qarşı düşmən münasibətini nümayiş etdirmir, həm də bütün təşkilatın fəaliyyətinin iflic olmasına gətirib çıxarır. Aydındır ki, Ermənistanın bu addımı Qərbdə ciddi narazılığa səbəb olub.

Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyinin son dövrlərdəki fəaliyyəti və Azərbaycana qarşı getdikcə daha da aqressivləşən bəyanatları baş naziri Nikol Paşinyanın xarici siyasət qurumuna nəzarət etmədiyi təəssüratı yaradır. Ermənistan XİN-in bu cür destruktiv addımları müstəqil şəkildə atdığı və ya xarici idarə altında olması açıq sualdır.

Son xəbərlər

Orphus sistemi