“Ermənistan 2023-cü ildə KTMT-nin hərbi təlimlərinə ev sahibliyi etməyəcək”.
“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ermənistanda hazırkı vəziyyətdə KTMT-nin “Sarsılmaz qardaşlıq” təlimlərinin keçirilməsi məqsədəuyğun deyil.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi də təlimlərin keçirilməsinin məqsədəuyğun olmadığını açıqlayıb.