Ermənistanın baş naziri Nikol Paşinyan onun istefasını tələb edən ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Onik Qasparyanı vəzifəsindən azad edib.
"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Lakin hökumət başçısının sərəncamı hələlik qüvvəyə minməyib. Bunun üçün Ermənistan prezidenti Armen Sarkisyan O.Qasparyanın istefaya göndərilməsi barədə qərarı imzalamalıdır. Dövlət başçısı hələlik qərarı imzalamayıb.