"Ermənistan" bloku hakimiyyətdən terror və zorakılığı dayandırmağı tələb edib

"Ermənistan" bloku hakimiyyətdən terror və zorakılığı dayandırmağı tələb edib "Ermənistan" bloku Nikol Paşinyan hakimiyyətini ölkədə zorakılıq rejimində ittiham edib.
Region
27 İyun , 2021 07:19
Ermənistan bloku hakimiyyətdən terror və zorakılığı dayandırmağı tələb edib

"Ermənistan" bloku Nikol Paşinyan hakimiyyətini ölkədə zorakılıq rejimi yaratmaqda ittiham edib.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə blokun yaydığı bəyanatda bildirilir.

Qeyd edilir ki, 20 iyun 2021-ci ildə keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələrinin rəsmi təsdiq olunmasını gözləmədən, müvəqqəti rejimdə işləyən hakimiyyət və onun sözəbaxan köməkçiləri olan icra hakimiyyəti daha çox idarəedilməz olub.

Bəyanatda xüsusi halda deyilir ki, bir çox cinayətlər törətmiş rejim dövlət səviyyəsində siyasi motivlər üzrə açıq təzyiqlərə və terrora keçib.

Hüququn və qanunun diktaturası haqqında danışan, əsas hüquqlara və insan azadlıqlarına qəsd edən rejim çoxsaylı icmaların rəhbərlərin, ağsaqqallar şuralarının üzvlərini, ictimai xidmətçiləri, iqtisadi, mədəni, elmi, maarifləndirici və tibbi sferaların nümayəndələri hədəf seçib. İşdən çıxarılma və başqa hüquqların məhdudiyyəti üzrə qanunsuz hərəkətlər sistematik və kütləvi xarakter daşıyır.

Blok Baş Prokurorluqdan, istintaq orqanlarından, polisdən və milli təhlükəsizlik xidmətindən siyasi hakimiyyətin cinayətkar davranışını dayandırmağı, aşkarlamağı və məmurları cəzalandırmağı tələb edib. “Ermənistan” bloku həmçinin respublikanın insan hüquqları müvəkkilinin fəaliyyətini yüksək qiymətləndirərək, beynəlxalq təşkilatları hüquqların müdafiəsi və insanın azadlıqları sahəsində ölkənin beynəlxalq öhdəliklərinin Ermənistan hakimiyyəti tərəfindən pozulması faktlarına diqqət yetirməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi