"Ermənistan" fraksiyası deputat mandatından imtina edir

"Ermənistan" fraksiyası deputat mandatından imtina edir Ermənistan parlamentinin “Ermənistan” adlı fraksiya deputat mandatından imtina edib.
Region
2 Avqust , 2022 09:30
Ermənistan fraksiyası deputat mandatından imtina edir

Ermənistan parlamentində “Ermənistan” adlı fraksiya deputat mandatından imtina edib.

“Report” xəbər verir ki, bu barədə “Joxovurd” məlumat yayıb.

Bildirilib ki, “Ermənistan” fraksiyasının deputatları deyil, eyni zamanda, parlamentdə həmin yerlərə potensial namizədlər də mandatdan imtina edirlər.

Məlumata görə, hazırda bu istiqamətdə imza toplanma kampaniyası aparılır.

Hələ ki, bu ideyanın “Daşnaksütyun” fraksiyasının nümayəndəsi qərarı yekdilliklə dəstəkləyib. Bu fraksiyanın nümayəndəsi Geqam Manukyan isə informasiyanı şərh etməyib.

Qeyd edək ki, Ermənistan parlamenti 107 deputatdan ibarətdir. 71 deputat hakim “Vətəndaş müqaviləsi” fraksiyasının təmsilçisidir. Müxalifət olan “Ermənistan” fraksiyası parlamentdə 29 deputatla təmsil olunur. Onun başçısı Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyandır. Başqa bir müxalif fraksiya isə “Şərəf duyuram” adlanır. Ona Ermənistanın keçmiş milli təhlükəsizlik xidmətinin keçmiş direktoru Artur Vanesyan rəhbərlik edir. Hər iki fraksiyanı Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarqsyan dəstəkləyir.

Son xəbərlər

Orphus sistemi