Ermənistan Konstitusiya Məhkəməsinin hakimi və ailə üzvləri Baş Prokurorluğa çağırılıb

Ermənistan Konstitusiya Məhkəməsinin hakimi və ailə üzvləri Baş Prokurorluğa çağırılıb Ermənistan Konstitusiya Məhkəməsinin hakimi Hrayr Tovmasyan, həyat yoldaşı Lamara Xudaverdyan, qızları Qohar və Meri Tovmasyan, daha iki qohumu Sona Xudaverdyan və Rubik Qazaryan Baş Prokurorluğun Departamentinə çağırılıblar.
Region
6 Sentyabr , 2022 15:33
Ermənistan Konstitusiya Məhkəməsinin hakimi və ailə üzvləri Baş Prokurorluğa çağırılıb

Ermənistan Konstitusiya Məhkəməsinin hakimi Hrayr Tovmasyan, həyat yoldaşı Lamara Xudaverdyan, qızları Qohar və Meri Tovmasyan, daha iki qohumu Sona Xudaverdyan və Rubik Qazaryan Baş Prokurorluğun Departamentinə çağırılıblar.

“Report” xəbər verir ki, məlumatı “Azdarar” yayıb.

Məlumata görə, onlar qanunsuz olaraq əmlak müsadirə etməkdə şübhəli bilinirlər.

Bildirilib ki, Baş Prokurorluq “Qanunsuz mənşəli əmlakın müsadirəsi haqqında” qanunun uyğun maddələrinə əsasən, onların əmlakı ilə bağlı araşdırma aparıb. Aradırmalar nəticəsində yekun sənəd hazırlanıb.

Onlar sentyabrın 7-də izahat vermək üçün Baş Prokurorluğa çağırılıblar.

Son xəbərlər

Orphus sistemi