Ermənistan militarizmi canlandırmaq üçün uşaqlardan istifadə edir, onlara revanşist ideyaları aşılayır.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Milli Məclisinin deputatı Nigar Arpadarai tviter səhifəsində yazıb.
“Bu erməni uşağının şevronundakı yazının mənası qisas deməkdir. Ekspansiya və qonşularla müharibə üzərində qurulmuş Ermənistan siyasi sistemi ölkədə militarizmi canlandırmaq üçün uşaqlardan istifadə edir. Biabırçılıqdır” - o bildirib.