Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru işdən çıxarıldı

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru işdən çıxarıldı Ermənistan prezidenti Armen Sarkisyanın qərarı ilə Argisti Kərəmyan Milli Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən azad olunub.
Region
8 Oktyabr , 2020 12:48
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru işdən çıxarıldı
Argisti Kərəmyan

Ermənistan prezidenti Armen Sarkisyanın qərarı ilə Arqişti Kərəmyan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, bu barədə məlumatı “Aysor” yayıb.

Qeyd edək ki, 2018-ci il hakimiyyət dəyişikliyindən sonra Milli Təhlükəsizlik Xidmətinin rəhbərliyində tez-tez kadr dəyişikliyi olur.

Artur Vanesyan 2018-ci il mayın 10-dan 2019-cu il sentyabrın 16-dək xidmətin direktoru işləyib. Keçmiş müavini Eduard Martirosyan ötən il sentyabrın 19-da Artur Vanesyanın istefasından sonra Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini icra etməyə başlayıb. O, bu il martın 19-da bu vəzifəyə təyin olunmuşdu.

İyunun əvvəlində E.Martirosyan tutduğu vəzifədən azad edilib.

Onun yerinə 29 yaşlı Arqişti Kərəmyan gətirilib.

Xatırladaq ki, A.Vanesyan xarici dövlətlərdən birinin casusu olmaqda da şübhəli bilinir.

Son xəbərlər

Orphus sistemi