Ermənistan modul tipli AES tikməyə qərar verib

Ermənistan modul tipli AES tikməyə qərar verib Ermənistan hakimiyyəti yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı strateji qərar qəbul edib - bu, modul tipli stansiya olacaq.
Region
18 Sentyabr , 2024 12:47
Ermənistan modul tipli AES tikməyə qərar verib

Ermənistan hakimiyyəti yeni Atom Elektrik Stansiyasının (ATS) tikintisi ilə bağlı strateji qərar qəbul edib - bu, modul tipli stansiya olacaq.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan II Ümumdünya Erməni Sammitində deyib.

Onun sözlərinə görə, layihədə bütün mümkün risklər nəzərə alınmalıdır ki, həm ölkə daxilində, həm də qonşu ölkələrdə yeni stansiya ekoloji təhdid kimi qiymətləndirilməsin.

Baş nazir qeyd edib ki, texnologiyanın təchizatçısı olacaq ölkə hələ seçilməyib: "Ermənistan tərəfdaşlarla müzakirələr aparır".

Son xəbərlər

Orphus sistemi