Ermənistan müdafiə nazirinin müşaviri, general-mayor Vardan Avetisyan tutduğu vəzifədən azad edilib.
“Report” “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ermənistanın müdafiə naziri Suren Papikyan bununla bağlı əmr imzalayıb.