Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirilib

Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirilib Onlar nəzərdə tutulan maliyyə yardımının verilməsi tələbi ilə nümayişə çıxıblar
Region
15 Fevral , 2021 17:15
Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirilib

Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında müharibə iştirakçıları etiraz aksiyası keçiriblər.

“Report” “Armenpress”ə istinadən xəbər verir ki, onlar nəzərdə tutulan maliyyə yardımının verilməsi tələbi ilə nümayişə çıxıblar.

“Döyüşlərdən 3 ay keçməsinə baxmayaraq, bizə hərbi bilet, müharibə iştirakçısı olduğumuza dair sənəd vermirlər. Öyrənmişik ki, bizə əməkhaqqı da verilməlidir. Ancaq onu da verməyiblər”, - aksiya iştirakçılarından biri deyib.

Bildirilib ki, yanvar və fevral aylarında da Müdafiə Nazirliyi binasının qarşısında hərbçilər bir neçə aksiya keçirib. Lakin problem hələ də öz həllini tapmayıb.

Son xəbərlər

Orphus sistemi