Ermənistan Silahlı Qüvvələrinin bir qrup yüksək rütbəli zabiti həbs olunub.
“Report” “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, Ermənistan Müdafiə Nazirliyi kommunal əməliyyatlar üzrə hərbi hissənin rəis müavini, polkovnik-leytenant, həmin hərbi hissənin rəisi, Silahlı Qüvvələrin Baş Qərargahının arxa cəbhə idarəsinin rəisi və başqaları barəsində həbs qətimkan tədbiri seçilib.
Yüksək rütbəli zabitlər barəsində istintaq davam edir.
Qeyd edək ki, onlara qarşı müxtəlif ittihamlar irəli sürülmüşdü. Ancaq barələrində həbs qətimkan tədbiri dekabrın 13-də seçilib.