Ermənistan ordusunun hərbi qulluqçusu güllələlənib.
“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə dünən axşam saat 21:20 radələrində olub. Belə ki, 2002-ci il təvəllüdlü hərbi qulluqçu Qor Martirosyan müəmmalı şəraitdə odlu silahdan açılan atəşlə ağır yaralanıb. O, aldığı xəsarətdən ölüb.
Hadisənin başvermə şəraiti ilə bağlı təhqiqat aparılır.