Ermənistan Prezidenti Armen Sarkisyan Ermənistan Silahlı Qüvvələrinin 3-cü ordu korpusunun komandanı, general-mayor Qriqori Xaçaturovun tutduğu vəzifədən azad edilməsi haqqında sərəncam imzalayıb.
“Report” “Aysor”a istinadən xəbər verir ki, məlumatı dövlət başçısının mətbuat xidməti yayıb.
Ermənistan konstitusiyasına əsasən, prezident baş nazirin təqdimatı ilə Silahlı Qüvvələrin ali komandanlığını təyin və tutduğu vəzifədən azad edir.
Qeyd edək ki, Q.Xaçaturov 2020-ci il noyabrın 11-də tutduğu vəzifədən istefa verdiyini bildirmişdi. Sonrakı dövrdə o, Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı çıxışlar etməyə başlamışdı. Bundan sonra Q.Xaçaturov barəsində cinayət işi başlamışdı.
Xatırladaq ki, o, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi Yuri Xaçaturovun oğludur.