Ermənistan Milli Məclisi Qarabağla bağlı daimi komissiya yaratmaqdan imtina edib.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məsələ qanunverici orqanın Dövlət-hüquq məsələləri komissiyasında müzakirə olunub.
Belə bir komissiyanın yaradılmasının lehinə cəmi 4 deputat səs verib. Beləliklə, qərar layihəsi qəbul edilməyib.
Qeyd edək ki, bu təşəbbüslə müxalif “Hayastan” fraksiyası çıxış etmişdi.