Ermənistan Qafan, Mehri və Texdəki bəzi torpaq sahələrini Rusiya FTX-inə verib

Ermənistan Qafan, Mehri və Texdəki bəzi torpaq sahələrini Rusiya FTX-inə verib Ermənistan hökumətinin mayın 27-də keçirilən iclasında Qafan, Mehri və Gorus rayonunun Tex kəndində bəzi torpaq sahələrinin ödənişsiz əsaslarda istifadə üçün Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsinə verilməsinə dair qərar qəbul edilib.
Region
27 May , 2021 16:55
Ermənistan Qafan, Mehri və Texdəki bəzi torpaq sahələrini Rusiya FTX-inə verib

Ermənistan hökumətinin mayın 27-də keçirilən iclasında Qafan, Mehri və Gorus rayonunun Tex kəndində bəzi torpaq sahələrinin ödənişsiz əsaslarda istifadə üçün Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsinə verilməsinə dair qərar qəbul edilib.

“Report” “Sputnik Armeniya” agentliyinə istinadən xəbər verir ki, bu qərarın qəbulu Ermənistanın cənub-şərq sərhədlərinin gücləndirilməsi ehtiyacı ilə əsaslandırılıb.

Bildirilib ki, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında 2020-ci ilin noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından sonra, Ermənistanın cənub-şərq sərhədlərinin gücləndirilməsinə ehtiyac yaranıb və məhz bu məqsədlər üçün lazımi torpaq sahələri ayrılıb.

Qərar müzakirə olunmadan qəbul edilib.

Son xəbərlər

Orphus sistemi