Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyinin rəhbəri istefa verib

Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyinin rəhbəri istefa verib Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyinin rəhbəri Georgi Avetisyan istefa ərizəsini baş nazir Nikol Paşinyana təqdim edib.
Region
24 Yanvar , 2023 15:38
Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyinin rəhbəri istefa verib

Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyinin rəhbəri Georgi Avetisyan istefa ərizəsini baş nazir Nikol Paşinyana təqdim edib.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat verib.

G.Avetisyan bu sahə üçün gördüyü işləri qiymətləndirmək üçün mütəxəssisləri dəvət edib və bundan sonra struktura rəhbərlik edəcək şəxslərin qalan işləri görəcəyinə əminliyini söyləyib: “Gələcəkdə hansı işdə çalışacağımı zaman göstərəcək”.

Xatırladaq ki, G.Avetisyan 2018-ci ilin iyununda bu vəzifəyə təyin olunub.

Son xəbərlər

Orphus sistemi