Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı növbəti dəfə ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bəyanatın heç kimin təzyiqi altında yazılmadığı vurğulanıb.
"Baş Qərargahın fevralın 25-dəki ilk bəyanatı heç kəs tərəfindən yönləndirilməyib və heç kəsin təzyiqi altında yazılmayıb. Bu, məqsədi belə məsuliyyətli vaxtda Vətənin qurtuluşuna xidmət etmək olan general-zabitlərin qəti fikri və mövqeyidir. Növbəti dəfə öz açıq mövqeyimizi təsdiqləyirik", - Baş Qərargahdan bildirilib.