Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi vəzifəsini icra edirmi?

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi vəzifəsini icra edirmi? Konstitusiya Məhkəməsi prezidentin müraciətinə əsasən, 5 gün müddətinə qərar qəbul etməlidir
Region
3 Mart , 2021 12:54
Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi vəzifəsini icra edirmi?
Onik Qasparyan

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyan vəzifə səlahiyyətlərinin icrasını davam etdirir.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının yaydığı açıqlamada bildirilib.

Qərargahın açıqlamasında qeyd edilib ki, Onik Qasparyan 8 günlük müddət başa çatanadək xidməti vəzifəsinin icrasını davam etdirəcək.

Qeyd edək ki, fevralın 25-də Ermənistanın baş naziri Nikol Paşinyan onun işdən azad olunması ilə bağlı ölkə prezidenti Armen Sarkisyan təqdimat göndərib. Ancaq Armen Sarkisyan baş nazirin təqdimatını imzalamayıb. Ermənistan konstitusiyasına əsasən, silahlı qüvvələrin rəhbərliyini baş nazir vəzifədən azad edə bilməz. Konstitusiya Məhkəməsi prezidentin müraciətinə əsasən, 5 gün müddətinə qərar qəbul etməlidir. Məsələ 8 gün ərzində öz həllini tapmazsa, baş nazirin təqdimatı qüvvəyə minəcək. Martın 4-də 8 gün tamam olacaq.

Son xəbərlər

Orphus sistemi