“Rusiya Laçın yolunda fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi ilə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirməlidir”.
“Report” “Novosti Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 20-də parlamentin növbədənkənar iclasında deyib.
Onun sözlərinə görə, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, Laçın yolu məhz Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altındadır.
A.Qriqoryan bildirib ki, bu məsələ ilə bağlı hansı ölkənin məsuliyyət daşıdığı və nələrin baş verdiyi göz qabağındadır: “Yolun tez açılması məsələsində Rusiya ilə işləyirik. Onun fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi ilə bağlı Rusiya üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Odur ki, müxalifəti bu istiqamətdə fəaliyyət göstərməyə çağırıram”.
O, Ermənistan hakimiyyətinin böhranı həll etmək üçün bütün vasitələrdən istifadə etdiyini vurğulayıb.