Armen Qriqoryan ABŞ rəsmisi ilə İrəvan-Bakı münasibətlərinin normallaşmasını müzakirə edib

Armen Qriqoryan ABŞ rəsmisi ilə İrəvan-Bakı münasibətlərinin normallaşmasını müzakirə edib Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanda ATƏT-in Minsk qrupunun amerikalı həmsədri, ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Lui Bono ilə görüşüb.
Region
8 Yanvar , 2024 14:33
Armen Qriqoryan ABŞ rəsmisi ilə İrəvan-Bakı münasibətlərinin normallaşmasını müzakirə edib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanda ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Lui Bono ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasından bildirilib.

Qeyd olunub ki, tərəflər İrəvan və Bakı arasında münasibətlərin nizamlanması məsələlərini müzakirə ediblər.

Qriqoryan Ermənistanın regionda uzunmüddətli və hərtərəfli sülhün bərqərar olmasına sadiqliyini bir daha təsdiqləyib.

Xatırladaq ki, L. Bono sonuncu dəfə Ermənistana 2023-cü ilin noyabrında səfər edib.

Son xəbərlər

Orphus sistemi