“Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesində tezliklə nəticə olacağına ümid edirəm”.
“Report” “Novosti Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Onun sözlərinə görə, Ankara-İrəvan münasibətlərinin normallaşması üzrə danışıqlar intensiv şəkildə davam edir: “Tərəqqinin təmin olunacağını anlamaq üçün sıx əlaqə var”.
A.Qriqoryan müsahibəsində Bakı və İrəvan arasında aparılan danışıqlara da toxunub.
Təhlükəsizlik Şurasının katibi deyib ki, Azərbaycan-Ermənistan münasibətləri çox mürəkkəbdir. “Türkiyə ilə münasibət də belədir. Bu münasibətlər arasında əlaqə əlavə çətinliklər yaradır”.