Ermənistan xarici işlər nazirinin bütün müavinləri istefa ərizəsi təqdim ediblər.
“Report” xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti bildirib. Açıqlamaya görə, ərizələr ötən həftə müvafiq şəkildə baş nazir dəftərxanasına ötürülüb.
Xatırladaq ki, xarici işlər naziri Ara Ayvazyan, həmçinin müavini Qagik Ğalaçyan və nazirlik sözçüsü Anna Nağdalyan mayın 27-də istefa veriblər.