Ermənistan XİN: "Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün müzakirələr davam edəcək"

Ermənistan XİN: "Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün müzakirələr davam edəcək" "İrəvanla Ankara arasında münasibətlərin normallaşdırılması ilə bağlı razılaşmaların həyata keçirilməsinə dair müzakirələr davam edəcək”.
Region
1 Dekabr , 2022 12:11
Ermənistan XİN: Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün müzakirələr davam edəcək

"İrəvanla Ankara arasında münasibətlərin normallaşdırılması ilə bağlı razılaşmaların həyata keçirilməsinə dair müzakirələr davam edəcək”.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Unanyan deyib.

Onun sözlərinə görə, noyabrda tərəflər arasında keçirilən son görüşdə texniki məsələlər müzakirə olunub: “Ermənistan tərəfdən xüsusi nümayəndələrin iyul razılaşmalarının icrasına cavabdeh olan nümayəndələr iştirak ediblər”.

Qeyd edək ki, Türkiyə Azərbaycan torpaqlarının işğalına etiraz olaraq 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və İrəvanla bütün əlaqələrini kəsib.

İkinci Qarabağ müharibəsindən - Azərbaycan torpaqları erməni tapdağından azad olunandan sonra rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılıb.

Türkiyə Serdar Kılıçı, Ermənistan isə Ruben Rubenyanı münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Onların ilk görüşü 2022-ci il yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada keçirilib. İkinci və üçüncü görüş isə fevralın 22-də və mayın 3-də Avstriyanın paytaxtı Vyanada baş tutub.

Bu il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub. Praqa görüşü N.Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsindən sonra Türkiyə Prezidenti ilə ilk görüşü olub.

Son xəbərlər

Orphus sistemi