Ermənistanın Armavir şəhərində avqustun 31-i və sentyabrın 1-də 11 nəfər saxta alkoqollu içkidən zəhərlənərək ölüb.
“Report” “Lragir”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Zəhərlənən daha 3 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Hadisədən sonra Armavirdə alkoqollu içki satışı qadağan edilib.