Ermənistanın paytaxtı Yerevanda 7 və 10 yaşlı qardaşlar avtomobil qaçırıb.
“Report” xəbər verir ki, bu barədə
Məlumata görə, Ararat rayonunun 25 yaşlı sakini Qeqam Tumbaryan polis bölməsinə müraciət edərək bildirib ki, onun "Mika" İdman Kompleksindəki “Hyundai” markalı avtomobili oğurlanıb.
Polis müəyyən edib ki, onun avtomobilini Şenqavit sakinləri - 10 yaşlı Aleks və onun 7 yaşlı qardaşı Levon oğurlayıblar.
Onlar oğurlanmış avtomobillə birlikdə Sebastiya-Ovnatan küçələrinin kəsişməsində aşkarlanıblar və polis bölməsinə çatdırılıblar. Yeniyetmələrin valideynləri də hadisə ilə əlaqədar polisə çağırılıb
Qeyd edilir ki, avtomobili oğurlanan Q.Tumbaryan “Sevan” klubunun futbolçusudur.