Ermənistanda atışma olub, xəsarət alan var

Ermənistanda atışma olub, xəsarət alan var Ermənistanın paytaxtı Yerevanda atışma olub.
Region
9 Fevral , 2022 23:16
Ermənistanda atışma olub, xəsarət alan var

Ermənistanın paytaxtı Yerevanda atışma olub.

Bu barədə “Report” “SHAMSHYAN.com”a istinadən xəbər verir.

Məlumata görə, hadisə zamanı 47 yaşlı kişi sol ayağından xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Polis əməkdaşları zərərçəkənin Yerevan sakini, 47 yaşlı Vardan Gevorkyan olduğunu müəyyən ediblər.

Qeyd edilir ki, yaralı “Kodo” kimi tanınan Arman Gevorqyanın qardaşıdır. O, həm də kriminal aləmdə məşhur olan, bu yaxınlarda “xoşməramlı səfir” adına layiq görülmüş Artyom Arutyunovun (Artyom Kanevski) dostudur.

Son xəbərlər

Orphus sistemi